Bakı-2017: Futbol üzrə Azərbaycan millisi FİNALDA

Xəbərin çap versiyası
Tarix: 18-05-2017, 14:44
Bakı-2017: Futbol üzrə Azərbaycan millisi


Azərbaycanın futbol yığması Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün yarımfinalda Əlcızair komandası ilə qarşılaşıb.


SİVİL.AZ-ın məlumatına görə, oyuna millimiz fəal başlayıb. 39-cu dəqiqədə Ruslan Abışov rəqibi məyus edib. 58-ci dəqiqədə Məqsəd İsayevin zərbəsi dəqiq olub.

Əlcəzair futbolçuları matçda dönüş yarada bilməyiblər - 2:0.

Millimizin finaldakı rəqibi Kamerun - Oman cütlüyünün qalibi olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz