Zaxarova: “Rusiya tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırır”
Tarix: 18-05-2017, 18:30
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi təmas xəttində atəşkəsin pozulmasını qınayır”.
SİVİL.AZ-ın verdiyi məlumata görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Moskva tərəfləri münaqişə zonasında gərginliyin artmasının qarşısını almağa çağırır. “O ki qaldı münaqişənin nizamlanması ilə bağlı görüşlərə, hələlik anons ediləcək heç nə yoxdur. Məlumat olan kimi bildirəcəyik”, - deyə M. Zaxarova vurğulayıb. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər