FHN-dən ixtisarlarla bağlı RƏSMİ AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 22-05-2017, 10:48
FHN-dən ixtisarlarla bağlı


Fövqəladə Hallar Nazirliyi ixtisarlarla bağlı xəbərlərə münasibət bildirib.


SİVİL.AZ xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov qurumların birləşdirilməsindən sonra heç bir ixtisarın aparılmadığını bildirib:

"Yayılan xəbərlər həqiqəti əks etdirmir. 2016-cı ilin noyabrında Azərbaycan Respublikası prezidentinin "Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" fərman imzalamış və nazirliyə 2 ay vaxt verilmişdi. Biz də layihəni hazırlayıb nazirlər kabinetinə təqdim etdik və aprelin 19-da prezident yeni qurumun təsdiq olunması ilə bağlı fərman verdi. Bununla da Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradıldı. Bu qurum həm katerlərə və kiçik gəmilərə, həmçinin çimərlik mövsümündə və digər aylarda vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək. Yeni xidmət orqanında heç bir ixtisardan söhbət gedə bilməz. Yayılan xəbərlər həqiqəti əks etdirmir". ("Qaynarinfo")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz