Müğənni Elariz "Greencard" udub? - AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 22-05-2017, 14:37
Müğənni Elariz "Greencard" udub? -


“Greencard” udmağım barədə xəbərim yoxdur. Axı, mən bununla bağlı müraciət etməmişəm”.

SİVİL.AZ xəbər verir ki, bunu müğənni Elariz Məmmədoğlu Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin bu ölkədə yaşamaq və işləmək hüququ verən “Greencard” vəsiqəsini udması ilə bağlı mətbuatda yazılanlara münasibət bildirərkən deyib.

“Mən “Greencard” üçün müraciət etməmişəm. Həm də ingilis dilini bilmirəm. Amerikaya gedib nə edəcəyəm ki?! “Greencard” haqqında sadəcə eşitmişdim ki, belə bir şans var. Mən Hindistanda yaşamaq istəyərdim, Amerikada yox. Bəlkə də övladlarım bunu mənim adımdan ediblər. Amma mənim heç nədən xəbərim yoxdur. Özümə də qəribə gəldi”. (AzVision.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz