Avropa Parlamentinin komitə sədri: Azərbaycan Avropa üçün çox dəyərli tərəfdaşdır
Tarix: 22-05-2017, 15:25
Azərbaycan Avropa üçün çox dəyərli tərəfdaşdır.
SİVİL.AZ xəbər verir ki, bu fikri Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli Məclisdə keçirdiyi brifinqdə deyib.
Devid MakAlister qeyd edib ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir.
“Azərbaycan dünyəvi ölkədir. Hesab edirik ki, Azərbaycan Avropa, müsəlman dünyası və Asiya arasında körpü rolunu oynaya bilər. Biz mədəniyyətlərarası dialoqda Azərbaycanın rolunu yüksək qiymətləndiririk və coğrafi baxımdan bu ölkənin əhəmiyyətini yaxşı anlayırıq. Azərbaycanla əməkdaşlığı və eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatlara dəstəyi gücləndirməliyik”, - deyə Avropa Parlamentinin komitə sədri vurğulayıb. (AZƏRTAC)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər