Azərbaycan İslamiadanın qalibi oldu - CƏDVƏL

Xəbərin çap versiyası
Tarix: 22-05-2017, 18:23
Azərbaycan İslamiadanın qalibi oldu -


Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman yarışları başa çatıb.

SİVİL.AZ xəbər verir ki, Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medal.

71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub.

Medalların ümumi sayına görə isə Türkiyə ilk yerdədir - 195 medal. Azərbaycan 162, İran idmançıları isə 98 medal qazanıb.

Ümumilikdə 40 ölkə müxtəlif əyarlı medallar əldə edib, 14 ölkə isə yarışları medalsız başa vurub.

Qeyd edək ki, bu gün Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçiriləcək.

Azərbaycan İslamiadanın qalibi oldu -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz