Sevil və Sevinc bacıları avtomobillə vurduqları 87 yaşlı kişidən danışdı - VİDEO
Tarix: 24-05-2017, 00:05
Sevil-Sevinc bacıları “Xəzər TV”də yayımlanan “5-də 5” verilişində bir neçə ay əvvəl avtomobillə vurduqları yaşlı kişidən danışıblar.
SİVİL.AZ Baku.ws-ə istinadla xəbər verir ki, bacılar onun vəziyyətinin yaxşı olduğunu, sağaldığını bildiriblər.
“Bu yaxınlarda baba ilə birlikdə verilişə qatılacağıq. Amma bir xanım da axtar babamızı evləndirəcəyik. Babanın 87 yaşı var. Biz onun nəvələri olduq. Söz veririk ona qəşəng toy edəcəyik”,-deyə bacılar aparıcı Zaur Kamala bildiriblər.
Zaur Kamal babanı verilişə gətirəcəyinə söz verib.
“Soruşacağam babadan ki, ona yaxşı görüm-baxım etmisiniz? Görək babanı xəstəxanadan necə yola salmısınız? Məni avtomobil vursaydı, yıxılıb ölərdim. Amma babaya maşallah”, - deyə Zaur Kamal bacılarla zarafat edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər