Cocuq Mərcanlıda tank əleyhinə mina və əl qumbarası aşkar edilib

Xəbərin çap versiyası
Tarix: 24-05-2017, 00:14
Cocuq Mərcanlıda tank əleyhinə mina və əl qumbarası aşkar edilib


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 23-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 071 ədəd qəlpə, 1 ədəd tank əleyhinə mina (TM-57) və 1 ədəd partlamamış hərbi sursat (PHS) (RQ-42 əl qumbarası) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

SİVİL.AZ-ın verdiyi məlumata görə, ANAMA-dan bildiriblər ki, nəticə etibarilə 20 min 363 kvadratmetr ərazi tam təmizlənib, 27 min 200 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz