Elmar Məmmədyarov Nyu-Yorka gedib

Xəbərin çap versiyası
Tarix: 24-05-2017, 11:03
Elmar Məmmədyarov Nyu-Yorka gedib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin BMT-yə üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

SİVİL.AZ-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər zamanı Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi ilə görüşləri, Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi və 28 May - Respublika Günü ilə əlaqədar Nyu-Yorkda keçiriləcək rəsmi mərasimlərdə iştirakı nəzərdə tutulub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz