DİN Bakıda baş verən silahlı insident barədə məlumat yayıb

Xəbərin çap versiyası
Tarix: 24-05-2017, 11:16
DİN Bakıda baş verən silahlı insident barədə məlumat yayıb


Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

SİVİL.AZ xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz