Rusiya XİN: "Azərbaycan xalqı bizə yaxın xalqdır"

Xəbərin çap versiyası
Tarix: 25-05-2017, 17:17
Rusiya XİN: "Azərbaycan xalqı bizə yaxın xalqdır"


"Rusiya Azərbaycanla münasibətləri dəstəkləyir və inkişaf etdirir".

SİVİL.AZ xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz Azərbaycanla münasibətləri bütün sahələrdə - siyasət, iqtisadiyyat, humanitar və digər sahələrdə inkişaf etdiririk. Azərbaycan xalqı bizə yaxın xalqdır. Bir müddət əvvələ qədər bizi ümumi coğrafi məkan, vahid dövlət birləşdirirdi. Əlaqələr hər zaman olub, bundan sonra da olacaq və daha da inkişaf edəcək. Biz Azərbaycanla münasibətlərimizi digər beynəlxalq faktorlarla əlaqələndirmirik. Əlbəttə ki, biz Azərbaycanın nümayəndələri ilə beynəlxalq və regional gündəmi, problemli məsələləri müzakirə edirik. Azərbaycanla aramızda açıq dialoq var". (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz