Somali idmançıları rayona gəzməyə gediblərmiş

Xəbərin çap versiyası
Tarix: 26-05-2017, 00:27
Somali idmançıları rayona gəzməyə gediblərmiş


Daha öncə itmələri barədə məlumat verilmiş Somali idmançıları bu gün vətənlərinə yola salınıblar.

SİVİL.AZ bildirir ki, Daxili Işlər Nazirliyindən verilən məlumata əsasən, Somali idmançıları yarışların bitməsindən dərhal sonra Azərbaycan rayonlarından birinə yollanmağa və orada istirahət etməyə qərar veriblər.

Nəticədə, idmançılar reyslərinə gecikiblər və ölkələrinin nümayəndə heyəti ilə birlikdə vətənlərinə qayıda bilməyiblər.

Lakin artıq bu gün DİN əməkdaşlarının müşayiəti ilə onlar hava limanına yola salınıb və oradan vətənlərinə yola düşüblər. (Virtualaz.org)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz