“Bu Şəhərdə”də gözlənilməz ayrılıq: daha bir yerdə olmayacaqlar
Tarix: 26-05-2017, 14:30
Azərbaycanda və Rusiyada konsertlər verən "Bu şəhərdə" komandası haqda yeni xəbər yayılıb.
SİVİL.AZ xəbər verir ki, peşəkar yumoristlər Rusiyada çalışdıqları təşkilatçı Samirə Zeynalova ilə yollarını ayırıb. Bu barədə “Bu Şəhərdə” komandasının ssenaristi Müşviq Abbasov məlumat verib:
“Hörmətli dostlar, kolleqalar, partnyorlar və Moskvada yaşayan əziz həmyerlilərimiz, tamaşaçılarımız! Nəzərinizcə çatdırıram ki, bu gündən “Bu şəhərdə”nin Moskva şəhərində konsertlərinin təşkilatçısı olmuş, "Azstudia"nın rəhbəri kimi tanıdığımız Samirə Zeynalova ilə heç bir iş birliyi olmayacaq”. ("Qaynarinfo")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər