“Barselona”nın sabiq prezidentinə hökm oxundu
Tarix: 26-05-2017, 14:47
“Barselona”nın sabiq prezidenti Sandro Rosel hakim qarşısına çıxıb.
SİVİL.AZ-ın məlumatına görə, məhkəmə futbol funksionerinin həbsinə qərar verib.
Çirkli pulların yuyulmasında təqsirləndirilən Rosellin məhkəməsində vəkili onun cəzasının pul cəriməsi ilə əvəzlənməsini tələb edib. Lakin Madriddəki Beynəlxalq Məhkəmədə hakim Karmen Lamela iş adamının həbsinə qərar verilib və o, həbsxanaya aparılıb. 53 yaşlı biznesmen Braziliya yığmasının teleyayım hüququndan pul mənimsəməkdə və 15 milyon avronu saxta şirkətlər tərəfindən yumaqda günahlandırılıb.
Rosellə birlikdə saxlanılan həyat yoldaşı Marta Pinedanın isə məhkəməsi bu axşam olacaq. Onlarla yanaşı, Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra da şübhəli şəxslər arasında göstərilir.
Qeyd edək ki, Sandro Rosell 2010-2014-cü illərdə “Barselona”nın rəhbəri olub. (Apasport.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər