Aeroport yolunda zəncirvari qəza - Yaralılar var

Xəbərin çap versiyası
Tarix: 26-05-2017, 19:57
Aeroport yolunda zəncirvari qəza -


Bakıda zəncirvari yol qəzası baş verib.


SİVİL.AZ-ın verdiyi məlumata görə, qəza Aeroport yolunda, "Buta Palace" yaxınlığında, "Opel", "Mercedes" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və yol polisləri cəlb edilib. Qəza yolda tıxaca səbəb olub. Hazırda yol polisləri tıxacın aradan qaldırılması və yolda avtomobillərin hərəkətini təmin etməyə çalışır. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz