Qaxda intihar hadisəsi baş verib

Xəbərin çap versiyası
Tarix: 26-05-2017, 23:06
Qaxda intihar hadisəsi baş verib


Qaxda intihar hadisəsi baş verib.

SİVİL.AZ xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə bu gün axşam saat 18 radələrində rayonun Qaşqaçay kəndində qeydə alınıb.

Kənd sakini, 1931-ci il təvəllüdlü Əmiraslan Yusif oğlu İsmayılovun meyiti yaşadığı evin eyvanından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.

Məlumata görə, Ə. İsmayılov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz