Azərbaycan XİN Misirdəki terror aktını qınayır
Tarix: 27-05-2017, 00:00
"Biz Misirdə baş verən terror aktını qınayırıq və Misir xalqına və həlak olanların ailələrinə başsağlığı veririk".
SİVİL.AZ-ın məlumatına görə, bu, Misirdə bu gün baş verən terror aktı ilə bağlı Azərbaycan XİN-nin rəsmi "Twitter" səhifəsində yayılan bəyanatında deyilir.
Xatırladaq ki, Misirin cənubundakı Əl-Minya əyalətində bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub. Hücum nəticəsində qeyri-rəsmi məlumatlara görə, 35, rəsmilərin açıqladığı rəqəmlərə əsasən isə 28 nəfər həlak olub. (Trend)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər