Mədət Quliyev Aygün Kazımovaya DTX-da vəzifə verdi

Xəbərin çap versiyası
Tarix: 27-05-2017, 12:41
Mədət Quliyev Aygün Kazımovaya DTX-da vəzifə verdi


Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü şərəfinə DTX tərəfindən təşkil olunmuş vətənpərvərlik yürüşündən əvvəl keçirilmiş konsertdə müğənni Aygün Kazımova da çıxış edib.

SİVİL.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Aygün Kazımova bir neçə vətənpərvərlik ruhunda yazılmış mahnı ifa edib və gözlənilmədən səhnədən deyib ki, DTX-nın solisti olmaq arzusundadır.

Tədbirdə iştirak edən DTX rəhbərliyi müğənniyə cavab olaraq bildirib ki, o artıq özünü Dövlət Təhlükəsizlik Xidmətinin solisti hesab edə bilər.

Xalq artisti metbuat.az-a açıqlamasında bunları deyib: "Bu gün keçirilən tədbir çox gözəl təsir etdi. Respublika gününə həsr olunmuş bu yürüyüş, bu tədbir çox nümunəvi bir hərəkətdir. Çox həyəcanlıydım, yaxşı mənada. Səhnədən cənab nazirimizə müraciət etdim ki, bəlkə sizin nazirliyin solisti olum? Həmin dəqiqə mənə müsbət cavab gəldi. Bu vəzifəni sevərək və qürurla yerinə yetirəcəm".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz