Oğul anasını qətlə yetirdi
Tarix: 27-05-2017, 23:11
Mingəçevir şəhərində yerli sakin anasını qətlə yetirib.
SİVİL.AZ xəbər verir ki, hadisə şəhərin Xətai küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadın 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovadır.
O, yaşadığı evdə qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisənin qadının oğlu Nail Məhərrəmov tərəfindən törədildiyi ehtimal edilir.
Faktla bağlı araşdırmalar aparılır. (Report)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər