“Zenit” Mirça Luçesku ilə müqaviləyə xitam verib
Tarix: 28-05-2017, 22:02
Sankt-Peterburqun “Zenit” klubunun rumıniyalı baş məşqçi Mirça Luçesku ilə yollarını ayırması rəsmiləşib.
SİVİL.AZ-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
Məlumata görə, “Zenit” Mirça Luçesku ilə müqaviləyə xitam verib. Məşhur futbol məşqçisi “Zenit” lə iki illik müqaviləni ötən ilin mayında imzalamışdı. M. Luçeskunun komandası Rusiya çempionatını 3-cü yerdə tamamlayıb.
Xatırladaq ki, Mirça Luçesku müxtəlif illərdə “İnter” (Milan), “Qalatasaray”, “Beşiktaş” və “Şaxtyor” (Donetsk) kimi klublarda çalışıb. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər