Bakıda şərnişin avtobusun açıq qapısından yıxılaraq ölüb
Tarix: 29-05-2017, 14:35
Bakıda sərnişin avtobusdan yıxılaraq ölüb.
SİVİL.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 26-da paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.
Xəstəxanaya yerləşdirilən C. Haqverdiyev mayın 28-də orada ölüb. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər