"Bahar yorğunluğu" nədir?

Xəbərin çap versiyası
Tarix: 29-05-2017, 22:25
"Bahar yorğunluğu" nədir?


Bahar yorğunluğu fəsil dəyişkənliyinə uya bilməyən orqanizmlərdə narahatlıq olaraq özünü göstərir.

SİVİL.AZ bildirir ki, qış aylarında nisbətən zəifləyən metabolizmanın yaza keçidə uyğunlaşa bilməməsi yuxusuzluq, stress, yorğunluq kimi problemlərə gətirib çıxarır ki, bu da insanın şəxsi həyatına və işlərinə mənfi təsir göstərir.

Ümumiyyətlə, fəsil dəyişikliyi insanların hər zaman ən çox xəstələndiyi dönəm hesab olunur. Xüsusilə yaz fəslinə keçid zamanı insanlarda "bahar yorğunluğu" deyilən bir xəstəlik yaranır.

Bəs, "bahar yorğunluğu"nun əlamətləri hansılardır?

Belə vaxtlarda insanlar adətən hər şeydən tez sıxılır, işə getmək istəmir. Bir növ ağırlıq, halsızlıq hiss edir. Belə vəziyyət əksər hallarda 2 həftə davam edir. Əgər sadaladığımız hal və vəziyyətləri 2 həftədən daha çox hiss edirsinizsə, psixoloqla məsləhətləşməniz xeyirinizə olar.

Bəs, bunun səbəbi nədir?

Qış aylarında metobalizma yavaş işləyir. Yazda isə sürətlənməyə başlayır. Və bu qəfil keçid orqanizm tərəfindən asan qəbul olunmur. Bununla yanaşı, yazda havada enerji yükünün miqdarı da artır. Bu səbəbdən də əvvəl uyğunlaşma problemi yaşansa da, sonradan insanlar yaz aylarında özlərini daha xoşbəxt hiss edirlər.

"Bahar yorğunluğu"nun qarşısını necə almalı?

Əvvəla, bunun üçün yazın gəlməsini gözləməməli, qışdan metobalizmanı buna hazırlamalıyıq. Bunun üçün bolca meyvə-tərəvəz yeməli, C və B vitamini qəbul etməliyik. Daimi olaraq idmanla məşğul olmalıyıq. Və ən əsası da bol miqdarda su içməliyik. Gündə ən azı 3 stəkan su içmək orqanizmin toksinlərdən təmizlənməsinə kömək edəcək. (Qaynarinfo)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz