Sərnişin avtobusunda 25 yaşlı qızın beli qırılıb, 1 nəfər isə yıxılaraq ölüb - VİDEO

Xəbərin çap versiyası
Tarix: 29-05-2017, 22:51
Sərnişin avtobusunda 25 yaşlı qızın beli qırılıb, 1 nəfər isə yıxılaraq ölüb -


Sərnişin avtobusunun içində yıxılan 25 yaşlı xanımın beli sınıb.

SİVİL.AZ Xezerxeber.az-a istinadla məlumat verir ki, hadisə ötən gün paytaxtın Nərimanov rayonu ərazisində, Keşlə bazarının qarşısında baş verib. Hadisə sürücü Qurban Nifatlıyevin idarə etdiyi 25 saylı marşrut avtobusunda olub.

Ani tormozlonma nəticəsində yıxılaraq beli avtobusun oturacağına dəyən 1995 ci il təvəlüdlü Nərmin Salmanova yaralı halda 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yaralının T12 fəqərəsi sınıb və hazırda palata şəraitində müalicə alır, vəziyyəti kafidir.
Faktla bağlı Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən sürücünün və sərnişinin ifadəsi alınıb, araşdırma aparılır.

Mayın 26- da isə paytaxtın Nizami rayonunda sürücü Cavanşir Məmmədovun idarə etdiyi 81 saylı marşrut avtobusundan yıxılan sərnişin Cümşüd Haqverdiyev dünən xəstəxanada dünyasını dəyişib.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevin açıqlamasına görə, hər iki fakt araşdırılacaq və ictimaiyyətə ətraflı məlumat veriləcək.



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz