Dondurma sevənlərə XƏBƏRDARLIQ: cinsi istəyi öldürür

Xəbərin çap versiyası
Tarix: 30-05-2017, 00:00
Dondurma sevənlərə XƏBƏRDARLIQ:


Havalar isindikcə insanların qanı qaynayır və cinsi istəyi artır.

Türkiyə Cinsi Sağlamlıq İnstitutu dərnəyinin müdiri, məşhur psixoterapevt Cem Keçe isti havaların gəlməsi ilə cinsi həyatda baş verən dəyişikliklərə dair maraqlı açıqlamalar verib. SİVİL.AZ həkimin fikirlərini təqdim edir.

C. Keçe yayın istisində çox yemək yeməyin, tox qarına soyuq içki içməyin və dondurma yeməyin seks həyatına zərərlərindən bəhs edib. O, cinsəlliyin mövsümünün olmadığını, ancaq isti havaların gəlməsi ilə birlikdə insanlarda cinsi istəyin artdığını dilə gətirib. Onun sözlərinə görə, günəş işığının cinsi istək üzərində böyük təsirləri var. Günəş işığı azalan zaman insan orqanizmində seratonin səviyyəsi düşür. Yazda və yayda təbiətin rənglənməsi və günəşin təsiri ilə insanların cinsi həyatı da canlana bilər.

Keçe apardığı araşdırmalar nəticəsində cinsi həyat mövsümünün yaz və yay ayları olduğunu vurğulayaraq deyib ki, insanlar görüntü və qoxu ilə seksə çağırış edirlər: “İnsanlar seksə çağırışı qoxu və görünüşlə edərlər. Yaz və yayda erotik, vizual xəbərdarlıqlar ön plana çıxar və insanlar daha rahat geyinərlər, bu səbəbdən cinsi istəklərdə artım ola bilər”.

Ancaq həddindən artıq isti havalar cinsi həyata mənfi istiqamətdə təsir edir: “İnsanın əsas impulsları olan yemək, içmək, sığınmaq, qorunmaq və cinsəllik bir zəncirin halqaları kimidir. Yayın istisində həddindən artıq yemək yeyərək, tox qarına və ya soyuq içkilər içdikdən, ya da dondurma yedikdən sonra cinsi əlaqəyə girmək doğru deyil. Həzmsizlik və soyuq yeməklər cinsi enerjidə natarazlığa gətirib çıxara bilər. Həddindən artıq tox qarın cinsi performansın zəifləməsinə, ereksiya problemlərinə, cinsi isteksizlikdən iqtidarsızlığa qədər bir çox cinsi problemə səbəb ola bilər. Xüsusən də ürək xəstəliyi olanlar isti havalarda daha diqqətli olmalıdırlar. İsti havalarda cinsi əlaqə ürəyi yoraraq infarkt riskini artırır. Ürək xəstələri yay aylarında istinin ən yüksək dərəcədə olduğu gündüz saatlarında sevişməməsi və cinsi əlaqəyə girməməsi lazımdır. Çünki isti hava və həddindən artıq günəş ürək ritmində azalmaya gətirib çıxara bilər”. (Ailem.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz