Azərbaycanda keçmiş arvadını öldürən polisdən XƏBƏR VAR

Xəbərin çap versiyası
Tarix: 30-05-2017, 15:07
Azərbaycanda keçmiş arvadını öldürən polisdən


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.


SİVİL.AZ
xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək S.Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 31-də davam edəcək.

Qeyd edək ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunda Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın meyiti tapılıb. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

Qətli N. Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyevin törətdiyi müəyyənləşib.

S. Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz