Çempionlar Liqasında oyunların vaxtına dəyişikliklər edilə bilər

Xəbərin çap versiyası
Tarix: 30-05-2017, 16:56
Çempionlar Liqasında oyunların vaxtına dəyişikliklər edilə bilər


UEFA Çempionlar Liqasında oyunların vaxtına dəyişikliklər edilməsi gözlənilir.

SİVİL.AZ-ın məlumatına görə, bu barədə "France Football" UEFA-dakı mənbələrə istinadən xəbər verir.

Çempionlar Liqası çərçivəsində bəzi oyunların, xüsusən də 1/4 final qarşılaşmalarının həftəortası əvəzinə həftəsonları keçirilməsi nəzərdə tutulur.

Televiziya yayım gəlirlərinin artırılmasına və daha çox tamaşaçı cəlb etməyə hesablanmış bu dəyişikliklərin 2021-dən tətbiq ediləcəyi planlaşdırılır.

Lakin bu dəyişikliklərin mənfi nəticələri də ola bilər. Belə ki, Avropa ölkələrinin çempionatlarında oyunlar əsasən həftəsonları keçirilir. (Trend)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz