DİN polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb

Xəbərin çap versiyası
Tarix: 31-05-2017, 11:35
DİN polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb


Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb.

SİVİL.AZ-ın verdiyi məlumata görə, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Dobla” markalı avtomobilə vurub.

Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz