Azərbaycanlı müğənni adını dəyişdi - VİDEO
Tarix: 31-05-2017, 14:30
"Azərbaycanın səsi" musiqi yarışmasının yarımfinalçısı Aynur Qurbanova səhnə adını dəyişib.
SİVİL.AZ xəbər verir ki, sənətçi bundan sonra səhnə karyerasını Dua Murad adıyla davam etdirəcək.
Artıq o, bu adla ilk işini də təqdim edib. Musiqisi və aranjimanı Elvin Musayevə, aid olan "Amma son" mahnısını tanınmış klipmeyker və prodüser Rəhman Əliyev ekranlaşdırıb. Klipin operatoru Delee-dir.
Qeyd edək ki, A. Qurbanova 1983 cü ildə Bakıda anadan olub. Cövdət Hacıyev adına musiqi məktəbinin, Bül-bül adına orta ixtisas musiqi məktəbinin və Bakı musiqi akademiyasının ( konservatoriya ) fortepiano şöbəsinin məzunudur.
Musa Yaqub, Əliağa Kürçaylı kimi məşhur şairlərin şeirlərinə mahnılar bəstələyib.
Xatırladaq ki, "Azərbaycanın səsi" müsabiqəsində xalq artisti Samir Cəfərovun tələbəsi olmuş Dua Murad hazırda ondan vokal dərsləri almaqda davam edir. (ölkə.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər