Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində video-müşahidə vasitəsi ələ keçirilib

Xəbərin çap versiyası
Tarix: 31-05-2017, 18:44
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində video-müşahidə vasitəsi ələ keçirilib


Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmən mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib.

SİVİL.AZ bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin qoşunların qarşıdurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir video-müşahidə vasitələri ilə təmin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermənistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib. (APA)

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində video-müşahidə vasitəsi ələ keçirilib
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində video-müşahidə vasitəsi ələ keçirilib


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz