"Terrorizmlə mübarizədə Azərbaycanla birgə fəaliyyət göstəririk" - ABŞ səfiri

Xəbərin çap versiyası
Tarix: 31-05-2017, 20:10
"Terrorizmlə mübarizədə Azərbaycanla birgə fəaliyyət göstəririk" -


"Cənub Qaz Dəhlizi Avropada enerji təhlükəsizliyinin təmin olunmasına və rəqabətliliyin artırılmasına yönəlib".

SİVİL.AZ bildirir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda keçirilən Neft və Qaz Sərgisi çərçivəsində ABŞ və Böyük Britaniya səfirlikləri tərəfindən təşkil edilən qəbul zamanı deyib.

O xatırladıb ki, bu gün sərgidə ABŞ prezidenti Donald Trampın məktubunu oxuyub və məktubda Azərbaycanın ABŞ-ın tərəfdaşı olduğu qeyd edilib: "Azərbaycanda keçirilən iqtisadi islahatların əsas məqsədi Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasıdır. Biz terrorizmlə mübarizədə Azərbaycanla birgə fəaliyyət göstəririk. Donald Trampın məktubunda da qeyd olunub ki, biz münaqişə tərəflərini Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində bir araya gətirmək səylərimizə sadiqik. O bildirib ki, ABŞ Azərbaycan xalqının yanındadır. Biz iqtisadiyyat, təhlükəsizlik və demokratik prinsiplər sahəsində əməkdaşlığı davam etdirməyə hazırıq". (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz