Növbəti əfv sərəncamı nə vaxt veriləcək?
Tarix: 31-05-2017, 21:16
15 iyun Qurtuluş günü və ya 18 oktyabr Dövlət Müstəqilliyi günü ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.
SİVİL.AZ-ın xəbərinə görə, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.
"Artıq biz sənədləri toplayırıq və həmin sənədlərə baxırıq. Mən hesab edirəm ki, artıq növbəti əfv sərəncamının vaxtı çatıb. Bununla bağlı müəyyən işlər görülür. Ona görə də deyə bilərəm ki, 15 iyun və ya 18 oktyabr tarixlərinin birində əfv sərəncamı veriləcək. Bununla da daha bir qrup məhkum azadlığa qovuşacaq”. (Modern.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər