"Hitler Rəsulzadənin istədiyini etsəydi, indi burada ermənilər yaşayırdı”
Tarix: 31-05-2017, 22:36
"Mən özüm haqqında yazılanları oxumuram”.
SİVİL.AZ bildirir ki, bunu millət vəkili Araz Əlizadə deyib.
O bildirib ki, daha tənqidi yazılara cavab vermir:
"Məsələn, mənə zəng edib desəniz ki, məqalə var, sizin haqqınızda lap pis yazmışam. Mən onu oxuyacağam. Yaxşı yazmışam desəniz də oxuyacağam. Şər, böhtan dolu yazıları oxuyub, onlara cavab verməkdən yorulmuşam.
Mən Məhəmməd Əmin Rəsulzadə haqqında danışdıqlarımı deyə bilərəm. Jurnalist sual verəndə dedim ki, niyə həmişə M.Ə. Rəsulzadəni önə çəkirsiniz. Axı Cümhuriyyətdə olan bütün üzvlər fədakar, özlərini qurban vermiş insanlardır. Onların içərisindən yalnız bir nəfəri təqdim etmək düzgün deyil. Ona qalsa, deyərəm ki, Məhəmməd Əmin xalq üçün heç nə etməyib. Hökumətin başında Fətəli xan Xoyski durub.
Ona görə, M.Ə. Rəsulzadəni üzə çıxardılar ki, AXC dövründə hakimiyyətdə müsavatçılar idi. Əslində mən Hitlerə minnətdaram ki, o, Məhəmməd Əminin sözünə qulaq asıb, azərbaycanlılardan ibarət diviziya yaratmadı. M.Ə. Rəsulzadə Hitlerdən azərbaycanlılardan ibarət diviziya yaratmağı xaiş etmişdi. Bu olsa idi, bizi tamam sürgün edəcəkdilər. Məhəmməd Əminin dediyi olsaydı, indi bu torpaqlarda ermənilər yaşayırdı”. (Sherg.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər