Vitse-spiker: "Metsamor region üçün təhlükə mənbəyidir"

Xəbərin çap versiyası
Tarix: 1-06-2017, 10:37
Vitse-spiker: "Metsamor region üçün təhlükə mənbəyidir"


"Azərbaycan qonşu Ermənistan tərəfindən işğala məruz qalıb”

SİVİL.AZ xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında çıxışı zamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Vitse-spiker bildirib ki, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunub və 1 milyondan çox qaçqınımız var: “Qaçqınların 300 mini uşaqlardır”.

Z. Əsgərov diqqətə çatdırıb ki, sosial məsələlərin bütövlükdə müzakirəsi, həlli Azərbaycanın daxili siyasətində prioritet məsələlərdəndir.

“Azərbaycan konstitusiyasında sosial hüquqların təminatı ilə bağlı xeyli müddəalar var və Azərbaycan bu sahədə bir sıra konvensiyalara qoşulub. Bu konvensiyalar bu gün də Azərbaycanda fəaliyyədədir. Dövlət öhdəsinə düşən tələbləri yerinə yetirir və yetirəcək. Bəzən avropalı həmkarlar bu məsələlərlə bağlı elə standartlar tələb edirlər ki, onu yerinə yetirmək çətin olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini 20 ildən bir qədər artıq dövrdə təmin edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir”.

Vitse-spiker əlavə edib ki, bu gün dünya Suriya, İraq qaçqınlarından danışır: “25 il əvvəl Azərbaycana 1 milyona yaxın qaçqın gəlib. Niyə o zaman bu barədə danışılmırdı?. Burada ikili standartlar var. Biz diplomat deyilik, amma siyasətlə məşğul oluruq. Həmçinin Metsamor ATOM Elektrik Stansiyası da müzakirə olunmalıdır. Metsamor region üçün ən təhlükəli atom elektrik stansiyasıdır. Orada bir hadisə baş versə, görün Avropa üçün necə bir təhlükə yaradar. Ermənistan üstəlik seysmik regionda yerləşir”. (AzVision.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz