Elton "Maşın şou" ilə bağlı sirləri faş etdi - FOTO

Xəbərin çap versiyası
Tarix: 1-06-2017, 11:45
Elton "Maşın şou" ilə bağlı sirləri faş etdi -


“Maşın” şounun daha bir buraxılışı geridə qalıb.

Lent.az-ın məlumatına görə, yarışmanın növbəti günündə səsvermədə aktyor İslam Mehrəliyev olub. O, səs toplayacağı halda aparıcı Azər İsmayılovu yarışdan uzaqlaşdıracağını söyləyib. Lakin verilişin bitməsinə bir neçə saat qalmış müğənni Üzeyir maşından əlini çəkərək verilişdən ayrıldığını açıqlayıb. O bu addımına səbəb kimi rəqqasə Oksana Rəsulova ilə aralarında olan mübahisəni göstərib: “Burada hər kəs ümumi danışır. Amma bura gələndə yalnız oyun olacağını düşünürdüm, başqa şeylər gördüm”.

Sonda İ. Mehrəliyev səs toplasa da, A. İsmayılovu yarışdan uzaqlaşdırmayıb.

Qeyd edək ki, veriliş başlamadan öncə müğənni Elton Hüseynəliyev sosial şəbəkədəki səhifəsində status yazaraq bildirib ki, bu müsabiqə quramadır. Hətta o, veriliş bitməmiş “Maşın şou” da nələr yaşanacağını dəqiq söyləyib: “Yenə gözəl oyun. İslam da qalacaq, Azər də. Sadəcə bu günü də yola vermək lazımdır. Bu gün 1 nəfər əlini çəkəcək”.

Onu da əlavə edək ki, E. Hüseynəliyev bu statusu paylaşandan sonra bir çoxları ona “Siz bütün bunları haradan bilirdiniz?” sualını veriblər. İfaçı isə bütün sualları cavabsız qoyub.

Elton "Maşın şou" ilə bağlı sirləri faş etdi -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz