Pornoya çox baxan kişilər bu xəbəri mütləq oxusun - DİQQƏT

Xəbərin çap versiyası
Tarix: 1-06-2017, 14:15
Pornoya çox baxan kişilər bu xəbəri mütləq oxusun -


Porno video yaxud fotoların zərərsiz olduğunu düşünürsünüzsə yanılırsınız. Bu məzmunlu görüntülər sizin cinsi performansınıza ciddi şəkildə mənfi təsir göstərir.

SİVİL.AZ "Ölkə.Az"-a istinadla bu barədə elmi araşdırmanı təqdim edir.

ABŞ-ın Kaliforniya ştatında San Dieqo şəhərində yerləşən və urologiya sahəsi üzrə ixtisaslaşmış klinikaya müalicə üçün gələn 20-40 yaşlarında olan 300-dən çox qadın və kişi üzərində araşdırma aparılıb. Respondentlərə porno izləyib izləmədikləri soruşulub. Müalicə üçün gələn pasiyentlərin cəmi 4%-i mastrubasiya etməyi və pornoya baxmağı real cinsi əlaqədən üstün tutduqlarını bildiriblər. Həkimlər həmin bu pasiyentlərdə daha çox cinsi zəiflik olduğunu müşahidə ediblər. Statistik göstəricilər nəticəsində məlum olub ki, daha çox pornoya baxan şəxslərdə cinsi zəiflik daha yüksəkdir və xüsusilə bu kişilərdə ereksiya problemi yaşanır.

Mütəxəssislərin fikrincə isə buna səbəb porno izləyən kişilərin qadın cinsi orqanına daha diqqətlə baxmalarıdır. Buna görə də həmin kişilər getdikcə real cinsi əlaqədən zövq ala bilmirlər və bu da öz növbəsində onların daha çox porno izləməyə alışmasına gətirib çıxardır.

Nyu-York Universitetində Kişilərin Problemləri üzrə Sağlıq Mərkəzinin direktoru Jospeh Alukal isə porno görüntülərin həm kişilərdə, həm də qadınlarda cinsi istəyi artırdığını, lakin kişilərin porno görüntülərə çox baxdıqları zaman bunun onlarda real cinsi əlaqəyə həvəsi azaltdığını qeyd edib. Urologiya üzrə mütəxəssis qadınların pornoya baxmalarında heç bir problem görmədiyini qeyd edir.

San Dieqoda yerləşən Naval Tibb Mərkəzinin mütəxəssisi Dr.Matthev Christman "Health Day" adlı tibb portalına verdiyi açıqlamada həmkarlarının fikrini dəstəkləyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz