41 yaşlı kişinin həyatına narkotik son qoydu
Tarix: 2-06-2017, 00:23
Şirvan sakini narkotik vasitənin izafi qəbulundan ölüb.
SİVİL.AZ-ın məlumatına görə, Şirvan sakini, 1976-cı il təvəllüdlü Ələkbərov Etibar Nahid oğlu narkotik vasitənin izafi qəbulundan dünyasını dəyişib. Onun meyiti yaxınları tərəfindən kirayə yaşadığı mənzildə aşkarlanıb. Meyit Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində müayinə edilib. Müayinənin nəticəsi bir neçə gündən sonra məlum olacaq. İlkin vizual müayinə onun narkotik inyeksiyadan istifadə etdiyini aydınlaşdırıb.
Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər