Azərbaycanın tanınmış baş məşqçisi indi sürücü işləyir

Xəbərin çap versiyası
Tarix: 2-06-2017, 10:26
Azərbaycanın tanınmış baş məşqçisi indi sürücü işləyir


Kamal Quliyev - Azərbaycan futbolunun məşhur simalarından biri. 18 illik futbolçu karyerası ərzində "Xəzər Sumqayıt", "Neftçi", "Volın" (Ukrayna), "Karvan", "Xəzər Lənkəran", "Standard" kimi klubların uğurları üçün çalışıb, Azərbaycan millisində 50 oyun keçirib və öz dövrünün öndəgələn futbolçularından olub. Məşqçi kimi isə "Neftçi"də eləcə də "Neftçala"da çalışıb.

SİVİL.AZ xəbər verir ki, məsələ ilə bağlı araşdırma aparan futbol11.az saytı bir sıra məqamları üzə çıxarıb. Əldə olunan məlumata görə, Kamal Quliyev hazırda sürücü işləyir. Mərc oyunlarında böyük ziyana düşən Quliyev sərvətini və əlində olan obyektlərini itirib. İndi o rayonların birinə sərnişin daşıyır.

"Neftçala" dağıldıqdan sonra Kamal Quliyev də futboldan uzaq düşüb. Düzdür, Quliyev bir müddət telekanallarda ekspert kimi çıxış edib, amma son zamanlar ondan heç bir xəbər yoxdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz