Pərvin Abıyeva efirdə dava saldı - VİDEO

Xəbərin çap versiyası
Tarix: 2-06-2017, 11:01
Pərvin Abıyeva efirdə dava saldı -


“Maşın” realiti şousunun növbəti buraxılışında gərgin anlar yaşanıb.

SİVİL.AZ axşam.az-a istinadla xəbər verir ki, iştirakçılardan olan aktrisa Pərvin Abıyeva ilə müğənni Səidə Sultan arasında dava olub.

Digər iştirakçı Cavad Rəcəbov səsvermə zamanı rejissor Kənan M.M.-i çıxaracağını söyləyib.

P. Abıyeva isə Kənanı qorumaq üçün sevənlərindən C. Rəcəbovun əleyhinə səs istəyib.

Onun “Qardaşım üçün səs istəyirəm” sözləri S. Sultanı özündən çıxarıb.

Efir zamanı Pərvinlə Səidə bir-birinin ünvanına təhqirlər səsləndirib.

Pərvin “Mənə maraqlıdır Səidə özünə necə səs istəyəcək? Kənanın yerində mən təhlükədəyəm. O getsə, elə bilin mən getmişəm. Mənim ailəmə söz deməsinlər. Əlimdən xəta çıxar, bilərsən nə edəcəm. Sən kimsən mənim qardaşımın adını çəkirsən?" sözlərini deyib.

“Elə şeylər var ki, deyə bilmirsən. Nə edəcəksən, döyəcəksən bizi? Elə bil peyğəmbərə söz deyirsən" deyə, Səidə cavab verib.

Efir zamanı hər iki iştirakçının mikrofonları söndürülüb. M. Dadaşov Pərvinin ağzını əli ilə tutaraq danışmasına mane olub.

Aktrisa daha sonra sosial şəbəkə vasitəsilə efirdəki hərəkətinə görə üzr istəyib:

“Mən orada göründüyü kimi həyasız, ləçər biri deyiləm. Məni o həddə çatdırdılar. Əsəb xəstəsi olduğum üçün bu yarışmaya qatılmadan əvvəl psixoloqla danışıb, sakitləşib gəldim. Proqramın qaydaları var. Bura müqavilə imzalayıb gəlmişəm. Burada şəxsiyyətə və ailəyə toxunmaq olmaz. Səidə mənim doğma qardaşıma dil uzatdı, özümdən çıxdım və o həddə çatdım. Heç kim canlı efirdə başqasının ailəsinə dil uzada bilməz. Orada nə mən, nə də qarşı tərəf söyüş işlətmədik. Murad Dadaşovun ağzımı tutmasının səbəbi məni sakitləşdirmək idi. Məni o vəziyyətdə gördüyünüz üçün üzr istəyirəm. Sabah efirdə də hər birinizdən canlı üzr istəyəcəm”.

Həmin görüntülərə videonun 1:36:30 dəqiqəsindən baxa bilərsiniz.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz