İŞİD-ə qoşulmuş azərbaycanlı qadınlar - ADLAR + FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 2-06-2017, 13:00
İŞİD-ə qoşulmuş azərbaycanlı qadınlar -


İŞİD terror təşkilatının tərkibinə qoşulmuş yüzlərlə qadın arasında azərbaycanlılara da rast gəlmək olar.

SİVİL.AZ Lent.az-a istinadla xəbər verir ki, terrorçulara qoşulan azərbaycanlı qadınların əksəriyyəti Rusiya vətəndaşıdır və Dağıstan Respublikasından qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə gediblər.

Rusiyanın qanunsuz silahlı birləşmələrə qoşulduğu üçün beynəlxalq axtarışa verdiyi və ölkəyə daxil olmasına qadağa qoyduğu bəzi azərbaycanlı qadınların adlarını və fotolarını təqdim edirik:

Seyidfatimə Mustafayeva – 13 yanvar 1997-ci ildə Dərbənddə anadan olub

İŞİD-ə qoşulmuş azərbaycanlı qadınlar -


Sabrina Həbibova – 15 iyul 1996-cı ildə Dağıstanın Xuçni kəndində anadan olub

İŞİD-ə qoşulmuş azərbaycanlı qadınlar -


Zamirə İsmayılova – 21 avqust 1980-ci ildə Dağıstanın Ərsi kəndində anadan olub

İŞİD-ə qoşulmuş azərbaycanlı qadınlar -


Aydan Qəribova – 1 oktyabr 1989-cu ildə Gürcüstanın Qardabani rayonunun Qaratəhlə kəndində anadan olub. Həm Rusiya, həm də Gürcüstan vətəndaşıdır

İŞİD-ə qoşulmuş azərbaycanlı qadınlar -


Aygül Məmmədova – 19 yanvar 1995-ci ildə Vladimir şəhərində anadan olub.

Bildirilir ki, adları qeyd edilən qadınların hamısı Azərbaycan dilində danışır. Onların barəsindəki bütün məlumatlar adlarına açılmış anketlərdə cəmləşdirilib.
Qeyd edək ki, Rusiyanın qanunsuz silahlı birləşmələrə üzv olduğu üçün axtarışa verdiyi qadınların siyahısına nəzər salanda məlum olur ki, onların əksəriyyəti Dağıstan və Çeçenistandandır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz