“Şəxsiyyətsiz qadının qarşısında sınmadım...” - Pərvindən şok hədə

Xəbərin çap versiyası
Tarix: 3-06-2017, 12:31
“Şəxsiyyətsiz qadının qarşısında sınmadım...” -


“Qarşıdurma” devizi ilə start götürən “Maşın” realiti şousu ötən gün də qalmaqalsız ötüşməyib.

SİVİL.AZ xəbər verir ki, iştirakçılar tərəfindən ən çox şəkli atılan Səidə Sultan tamaşaçı səsverməsinə çıxıb.

Müğənni ilk öncə özü üçün iki hədəf müəyyənləşdirdiyini deyib. Sənətçi səsvermənin gedişatından sonra konkret çıxarmaq istədiyi şəxsin adını açıqlayacağını deyib. Onlardan biri İslam Mehrəliyev, digəri isə Pərvin Abıyeva olub. O, daha sonra fikrindən daşınaraq Kənan Mahmudov və Pərvin Abıyevaya qarşı səsvermədə iştirak etdiyini söyləyib.

“Şəxsiyyətsiz qadının qarşısında sınmadım...” -


Gənc aktrisanın ötən gün başverən qalmaqalla bağlı bütün izləyicilərindən və Səidə Sultandan üzr istəməsi müğənnini qane etməyib. Səidə deyib ki, Pərvin publikaya oynayır və onun üzrünü qəbul etmir. Pərvin isə qarşı tərəfdən üzrxahlıq gözlədiyini bildirib.

Kənan Mahmudov isə Səidəyə təziq göstərərək Pərvini yox, onu çıxarmasını istəyib. Sultan isə sözünə sadiq qalacağını deyib.

Səidə indiyə kimi iştirakçılar arasında ən çox səs toplayan olub və 70, 21 faiz səslə qalib gəlib. Müğənni “Pərvin getsin, evdən qardaşına səs göndərsin” deyərək aktrisanı şouda uzaqlaşdırıb. Bu atmacadan sonra Abıyeva yenidən özündən çıxıb və yarışmadan getdiyinə görə sevindiyini bildirib.

“Şəxsiyyətsiz qadının qarşısında sınmadım...” -


Şoudan sonra aktrisa rəsmi instaqram səhifəsində yarışma ilə bağlı paylaşım edib. O, Səidə Sultanı təhqir edərək şəxsiyyətsiz adlandırıb:

“Xalq mənə nifrət edir? Niyə? Ailəmin, doğmaca qardaşımın haqqını müdafiə etdim. Özümü elə bir şəxsiyyətsiz qadının qarşısında sındırmadım. Çox istəyərdim ki, hər şeyi açıq danışım. Amma heyif ki, efirdə hər şeyi danışmaq olmaz. O qadın canlı efirdə doğma nənəsinin üzünə tüpürən insandı. Bunu nə tez unutdun xalq? Mənim qardaşıma uzun iyrənc dilini uzatdı. Dərsini verdim deyə pis oldum. Sizlər olsaydız, nə edərdiz?

O kimdi ki? Mən ərdəmliyimi göstərib üzr istədim, bunu heç kim yanlış anlamasın. Amma ailəmə dil uzadanın dilini qopararam. Siz o qadının əsl iç üzünü görəcəksiz. Mən yaşadığım müddətdə o maşına sahib olmayacaq. Mən Səidəyə yox, xalqa uduzdum. Çünki SMS verən onlardır. Səidəni də evə, Azərciyə ( Azər Zahid) səsverməyə göndərəcəklər”.

“Şəxsiyyətsiz qadının qarşısında sınmadım...” -


Pərvin daha sonra instaqramda tənqid və təhqirlərin qarşısını almaq üçün şərh bölməsini bağlayıb. Abıyeva bir neçə dəqiqə sonra isə rəsmi hesabını deaktiv edib.

Aktrisa səhər saatlarında instaqramı aktiv edərək yeni bir post paylaşıb. O, axşam saxta fanatların rəyindən xilas olmaq və öz qardaşıyla rahat yatmaq üçün belə bir addım atdığını bildirib. (“Qafqazinfo”)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz