Azərbaycanlı kişinin bağırsağından narkotik çıxardılar

Xəbərin çap versiyası
Tarix: 3-06-2017, 14:42
Azərbaycanlı kişinin bağırsağından


İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs tutulub.

SİVİL.AZ bildirir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində sözügedən vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə olmaqla, narkotik vasitələr - 68 ədəd həb şəklində, təsiredici maddəsi 2,72 qram təşkil edən metadon və xalis çəkisi 10,352 qram təşkil edən tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz