Mərkəzi Neftçilər Xəstəxanası: Natiq Əliyevin vəziyyəti ağır-stabildir

Xəbərin çap versiyası
Tarix: 4-06-2017, 15:21
Mərkəzi Neftçilər Xəstəxanası: Natiq Əliyevin vəziyyəti ağır-stabildir


Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

SİVİL.AZ xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.

Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz