Şou-biznesin heç vaxt ailə qurmayan xanımları - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 5-06-2017, 23:56
Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


Şou-biznesdə elə məşhur xanımlar var ki, onlar heç vaxt ailə qurmayıblar.

SİVİL.AZ Lent.az-a istinadla həmin xanımları təqdim edir:

Aşıq Telli Borçalı ailə qurması üçün ideal bir namizədin olmadığını deyib. İfaçı bir müddət öncə açıqlama verərək bildirib ki, onun ailə quracağı bəy çox ciddi olmalıdır:

"Deyib-gülən qadın olsam da, əsəbi kişilərdən xoşum gəlir. Hər dəqiqə məni döysün istəmirəm. Əgər yeməyi, paltarı hazır deyilsə, meyitimi yerə sərsin. İnanın, ona heç nə demərəm. Günahım olsa, məni döysün".

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


Müğənni Natavan Həbibi ailə quracağını açıqlasa da hələ ki, rəsmi nəsə yoxdur.

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


Müğənni Şəbnəm Tapdıq isə subaylığını heç bir şeyə dəyişmək istəmir. İki dəfə nişan qaytaran məşhur ona gələn elçiləri də qapıdan içəri buraxmır:

“Bir dəfə bizə bir nəfər gəlmişdi. Gördüm ki, atamla elçilikdən, götürüb qaçmaqdan danışır. Mən də sakitcə qapının arasından qulaq asıram. Anam da gələn qonağa çay aparıb, çay gətirirdi. Anamdan soruşdum ki, bu, kim üçün gəlib? Dedi, sənin üçün. Mən də mətbəxtdən bıçaqla çıxdım, dedim ki, bu dəqiqə qolumu kəsəcəm, çıx çölə".

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


“7-17” mahnı müsabiqəsindən tanınan müğənni Xəyalə Manaflı da nişanlı olub, nişanlısından ayrılıb. Hələ ki, subaydır.

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


Müğənni Səidə Sultan subay olsa da, bu il ailə quracağını açıqlayıb.

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


Hələ ki, subay olan müğənni Sədaqət Ulduz da özünə yaraşan bir bəy olduğu halda ailə quracağını deyib:

“Hamı istəyir ailə qursun, normal münasibəti olsun, xoşbəxt yaşasın. Şəxsi həyatımla gündəmə gəlməmişəm, gəlmək də fikrim yoxdur. Əcnəbi ilə ilə qurmaq problem deyil, mən onun əleyhinə deyiləm. Təklif gəlmişdi, amma yerindəcə “yox” dedim”.

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


Müğənni Sevda Yahyayeva da subaylar siyahısındadır.

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


Aparıcı Kəmalə Piriyeva da Sevda Yahyayeva kimi hələ ki, subaydır.

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


Müğənni Günay İbrahimli də ailə qurmayan məşhurlar siyahısında olsa da, artıq “həvəsdi-bəsdi” deyib, ailə qurmağa hazırlaşır.

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


ATV-nin aparıcısı Nərgiz Vahabqızı da hələ ki, “subaylıq sultanlıdır” deyir.

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova da bu il ailə qurmaq niyyətindədir. O, 3 dəfə nişanlı olub.

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


“Space”in aparıcısı Günel Həsənzadə də subaydır.

Şou-biznesin heç vaxt ailə qurmayan xanımları -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz