Azərbaycan XİN: İranda törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq

Xəbərin çap versiyası
Tarix: 7-06-2017, 23:04
Azərbaycan XİN: İranda törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İranda törədilmiş terror aktları ilə əlaqədar açıqlama verib.


SİVİL.AZ-ın məlumatına görə, açıqlamada deyilir: “İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq. Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik”.

Açıqlamada bildirilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz