Zaxarova həmsədrlərin Qarabağa edəcəyi səfərdən danışdı

Xəbərin çap versiyası
Tarix: 8-06-2017, 12:58
Zaxarova həmsədrlərin Qarabağa edəcəyi səfərdən danışdı


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsu Mariya Zaxarova ATƏT Minsk qrupunun həmsədrlərinin regiona səfəri barədə danışıb.

SİVİL.AZ
xəbər verir ki, Zaxarova həmsədrlərin səfərinin məqsədini açıqlayıb:

"ATƏT Minsk qrupunun həmsədrləri regiona səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti dəqiqləşdirməyi planlaşdırır.

Onun sözlərinə görə, həmsədrlərin iyunun 10-u Yerevana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Həmsədrlər daha sonra Dağlıq Qarabağa səfər edəcəklər. Bir həftə sonra isə onların Bakıya səfəri nəzərdə tutulub.

M. Zaxarova qeyd edib ki, bu səfərlər nəticəsində birgə bəyanat yayımlanacaq. ("Qaynarinfo")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz