Göyçayda şagirdi döyən müəllimə: "Dəlilik kağızım var"

Xəbərin çap versiyası
Tarix: 8-06-2017, 20:10
Göyçayda şagirdi döyən müəllimə:


Göyçayda müəllimə 11 yaşlı şagirdi döyüb.

SİVİL.AZ femida.az-a istinadən xəbər verir ki, bu barədə uşağın anası Fəxriyyə Xasməmmədova məlumat verib.

“3 gün əvvəl qızım Aysu oxuduğu Göyçay Şəhər 5 saylı orta məktəbdə döyüldü. Həmin vaxt hadisənin üstündən keçdim. Bu gün həmin məktəbin tarix müəlliməsi Aytəkin Mikayılzadə qızımı daha kobud şəkildə təhqir edib və başını dəfələrlə partaya vurub. Bütün bunlar şagirdlərin gözü qarşısında olub. Hazırda uşağı ekspertizaya gətirmişik”, - deyə müraciətdə bildirilir.

Fəxriyyə Xasməmmədova müəlliməyə ondan şikayət edəcəklərini dedikdə qəribə cavabla qarşılaşıb.Tarix müəlliməsi valideynə bildirib ki, hara istəsələr, şikayət etsinlər, onsuz da onun dəlilik kağızı var.

Xatırladaq ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə və Göyçay Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət olunub.

Şagirdi döyməkdə ittiham olunan müəllimə hadisə ilə bağlı açıqlama verib.

Göyçay şəhər 5 saylı orta məktəbin tarix müəlliməsi Aytəkin Mikayılzadə isə bildirib ki, məsələ olduğundan daha çox şişirdilib.

“Mən 20 ildir ki, müəllimə işləyirəm. Uşağı da döyməmişəm. Sadəcə olaraq məni çox əsəbləşdirdi. Mən də ona dedim ki, özünü nə dəliliyə qoymusan. Mən səndən də dəliyəm. Bu sadəcə olaraq anlaşılmazlıq oldu. Həmin uşağın valideyni bir az əsəbidir. Onu tanıyan hər kəs bilir”.

Müəllimə həmçinin qeyd edib ki, artıq onunla valideynlər arasında narazılıq həll olunub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz