Azərbaycan-Şimali İrlandiya oyununa nə qədər bilet satılıb?

Xəbərin çap versiyası
Tarix: 9-06-2017, 13:00
Azərbaycan-Şimali İrlandiya oyununa nə qədər bilet satılıb?


İyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan-Şimali İrlandiya futbol üzrə milli yığma komandalarının qarşılaşmasına 21 min bilet satılıb.

SİVİL.AZ-ın xəbərinə görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.

Bildirilib ki, qarşılaşmada Şimali İrlandiyadan 300 nəfər xarici azarkeş iştirak edəcək. Oyunu 21 xarici və 200-dən artıq yerli jurnalist izləyəcək.

Eyni zamanda, qeyd edilib ki, oyuna qədər 40 min biletin satılacağı ehtimal olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz