70 yaşında vəfat edən Natiq Əliyev kim idi? - Tərcümeyi-halı

Xəbərin çap versiyası
Tarix: 9-06-2017, 13:35
70 yaşında vəfat edən Natiq Əliyev kim idi? -


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbulda müalicə aldığı “Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib.

Ürəyində problem yaranan nazir ötən həftə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı.

SİVİL.AZ AzVision.az-a istinadla mərhum nazirin tərcümeyi-halını təqdim edir:

Natiq Ağa Əmi oğlu Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhrində anadan olub. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mədən geoloqu ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Azərdənizneftkəşfiyyat” trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib.

N. Əliyev 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədi olub. O, böyük elmi işçi vəzifəsində işləyib.

1979-cu ildə “Xəzərneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləyib.

70 yaşında vəfat edən Natiq Əliyev kim idi? -


1993-cü ildən 2005-ci ilə qədər N.A.Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar şurasının sədri olub. 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilib.

2005-2013-cü illərdə sənaye və energetika naziri vəzifəsində işləyib. 22 oktyabr 2013-cü il tarixində energetika naziri vəzifəsinə təyin edilib.

N. Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub. O, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir, 2008-ci ildən iqtisad elmlər doktorudur.

70 yaşında vəfat edən Natiq Əliyev kim idi? -


N.A. Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilib. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə N.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvü seçilib. O, 2009-cu ildən isə “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” Beynəlxalq elmi-texniki jurnalının redaksiya heyətinin müxbir üzvü olub.

70 yaşında vəfat edən Natiq Əliyev kim idi? -


Həmçinin 2012-ci ildə nəşr edilmiş “Böyük İqtisadi Ensiklopediya”nın redaksiya heyətinin üzvü seçilib.

Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, Azərbaycan Respublikasının “Əməkdar mühəndis” fəxri adı, Müstəqil Dövlətlər Birliyinin “Əməkdar energetiki” fəxri adı, Gürcüstanın “Şərəf ” ordeni, Fransanın “Milli Fəxri Legion” ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Qazaxıstanın “Kurmet” ordeni, “Qazaxıstanın müstəqilliyinin 20 illiyi” medalı, Beynəlxalq Akademiyaların orden və medalları, “Beynəlxalq münasibətlərdə Rumıniyanın və ümumdünya dəyərlərin inkişafında göstərdiyi yüksək xidmətlərə görə Rumıniyanın Fəxri Diplomu” ilə təltif olunub.

Mərhum nazirin bir oğlu var.

Allah rəhmət eləsin!

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz