Voleybol məşqçisi azyaşlı oğlanı zorladı - FOTO
Tarix: 9-06-2017, 14:08
Voleybol dünyasında daha bir xoşagəlməz hadisə yaşanıb.
SİVİL.AZ-ın məlumatına görə, bu, ABŞ-ın Nyu-Meksiko ştatının Silver şəhərində baş verib.
Belə ki, orta məktəblərin birində voleybol komandasının baş məşqçisi şagirdi ilə cinsi əlaqədə olmaqda təqsirləndirilir. Ştat polisi bildirir ki, eyni zamanda, məktəbin riyaziyyat müəlliməsi olan 31 yaşlı Tiana Sançes ehtirasının qurbanı olub. Artıq həbs edilən məşqçiyə 4 maddə üzrə cinayət işi açılıb.
Polis hadisə ilə bağlı onlara cinsi istismara məruz qalan şagirdin anasının məlumat verdiyini bildirib. Asayiş keşikçilərinin ifadəsini aldığı azyaşlı son 1 ay ərzində çalışdırıcısı ilə 4 dəfə intim əlaqədə olduğunu açıqlayıb. Ondan əlavə, şagirdin telefonunda müəlliməsi ilə arasındakı seksual mesajlar və şəkillər aşkarlanıb.
Bu, Sançesin həbs edilməsi üçün yetərli olub. (Apasport.az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər