Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb
Tarix: 12-06-2017, 10:53
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq, iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
SİVİL.AZ-ın verdiyi xəbərə görə, təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Təlimlər iyunun 16-dək davam edəcək. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər